Azərbaycanda ilk dəfə koronavirusa bu sayda yoluxma QEYDƏ ALINDI - KƏSKİN ARTIM

08.04.2020 17:13

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, Azərbaycanda koronavirusla bağlı pozitiv fikir söyləmək mümkün deyil:

"Ötən həftə ərzində xəstəliyin yoluxma halları davam edib. Bu gün ölkədə 105 nəfərin koronavirusa yoluxma faktı halı qeydə alınıb. Bu rəqəm onu göstərir ki, yoluxma halları artan xətt üzrə gedir".

Mətbuat katibi qeyd edib ki, bu gün ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində apteklərə 450 minə yaxın tibbi maska verilir, 100 mindən artıq tibbi maska satılır.

© xezerxeber.az

FOTOQALERIYA






948 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR