Azərbaycanda koronavirusa yoluxmuş iki şəxs vəfat edib

05.04.2020 19:26

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Bu barədə xezerxeber.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda 1931-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı şəkərli diabet xəstəsi, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri, həmçinin ünsiyyətdə olduqları digər şəxslər müəyyən edilir və karantinə götürülür.

© xezerxeber.az


455 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR