Dərslər 15 sentyabradək təxirə salınır? - Nazirlik yayılan məlumata münasibət bildirdi

01.04.2020 13:45

"Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır: "Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.

© xezerxeber.az


832 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR