Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rusiyalı həkimlərdən koronavirusa qarşı daha bir effektiv silah: şübhəyə yer yoxdur

31.03.2020 18:28

Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) Mərkəzi Epidemioloji Araşdırma İnstitutunun elm adamları koronavirusa qarşı yüksək həssaslıqda test hazırlayıb.

Koronavirusu aşkara çıxaran bu testin yanlışlıqla nəticəni pozitiv göstərmək ehtimalı yoxdur.

Qurumdan verilən açıqlamada testin kliniki sınaqlarının uğurla başa çatdığı bildirilib.

Yeni test həssaslıq və spesifiklik baxımından bütün müasir tələblərə uyğundur və eyni zamanda sadəcə Kovid-19-u aşkarlamaqla kifayətlənmir. Test koronavirusu MERS-Cov kimi bənzər viruslardan belə ayırd edir./publika.az

© xezerxeber.az


4028 dəfə oxunub

ÇOX OXUNANLAR