Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Koronavirus günbəgün insan bədənində görün nələr edir? - DİQQƏTLİ OLUN!

31.03.2020 12:26

Koronavirusun simptomları insan orqanizminə fərqli şəkildə təsir göstərsə də, əsas əlamətlər bütün xəstələrdə ortaya çıxır.

COVID-19-un orqanizmdə həyata keçirdiyi prosesi günbəgün təqdim edirik.

1-3. gün:Soyuqdəymə və qripə bənzəyən əlamətlər ortaya çıxır. Yüngül qızdırma və boğaz ağrısı olur. İmmun sistemi zəifdirsə, ürəkbulanma və ishal ola bilər.

4. gün:Boğaz ağrısı şiddətlənir. Səs boğuqlaşır. Yemə-içmədə çətinlik baş qaldırır. Yüngül başağrısı ilə birlikdə ishal başlayır.

5. gün:Boğaz ağrısı şiddətlənir. Yemə-içmə olduqca ağrılı hala gəlir. Vücudu və üzvləri hərəkət etdirmək ağrılı olur. Oynaq ağrıları başlayır.

6. gün:Quru öskürək başlayır. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Yorğunluq və ürəkbulanma artır. Nəfəs almaqda çətinlik yaşanır. İshal və qusma şiddətlənir.

7. gün:Qızdırma 38 dərəcəyə qalxır. Öskürək və bəlğəm şiddətlənir. Bədən və bağ ağrıları ilə birlikdə qusma şiddətli hala gəlir.

8. gün:Nəfəs alıb-vermək müşkül olur. Döş qəfəsində ağrı yaranır. Öskürəklə birlikdə baş və oynaq ağrıları son dərəcə artır. Qızdırma 38 dərəcəni keçir.

9. gün:Bütün simptomlar şiddətlə artır. Üz və dodaqlarda göyərmə sezilir. Öskürək və bəlğəm dözülməz olur.

Nə zaman xəstəxanaya gedilməlidir?

Yeni tip koronavirus infeksiyasının yoluxma yolları mövsümi qriplə bir-birinə çox bənzəyir. Lakin qripdən ölmə faizi Kovid-19-la müqayisədə 0,05% daha aşağıdır. Mütəxəssislər bunun səbəbinin qripə qarşı immunomüdafiənin yaranması və qripdə ağciyər tutulmasının daha az olmasını göstərir. Buna görə də yalnız nəfəsalmada çətinliyin başlanmasından sonra xəstəxanaya getmək məsləhət görülür.

publika.az

© xezerxeber.az


3367 dəfə oxunub

ÇOX OXUNANLAR