Qorxulu AÇIQLAMA - İnsanlar və mədəniyyətlər məhv olacaq

31.03.2020 11:11

Böyük Britaniyadan olan Lyois Uolker adlı şəxs yerli mətbuata diqqətçəkən açıqlamalar verib.

Vaxtilə Müdafiə Nazirliyində fəaliyyət göstərdiyini deyən şəxs, xüsusi qurğu ilə 4413-cü ilə səyahət etdiyini iddia edib. Uolkerin iddiasına görə, o "səyahət qurğusu” ilə gələcəyə gedib. Gələcək barədə məlumat verən Uolker bildirib ki, "səyahət qurğusu”nun mövcudluğu barədə insanlara ilk dəfə 2028-ci ildə açıqlama veriləcək. Onun sözlərinə görə, gələcəkdə insanlar və mədəniyyətlər yox olacaq.

Uolker deyib ki, "səyahət qurğusu” Böyük Britaniya ordusu tərəfindən ilk dəfə 1977-ci ildə test edilib. Qeyd edək ki, internet istifadəçiləri Uolkerin iddialarını əsassız adlandırıb./publika.az


© xezerxeber.az


6901 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR