Azərbaycanda yanacağın satışına məhdudiyyət qoyulub? - SOCAR-dan RƏSMİ AÇIQLAMA

30.03.2020 13:05

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumatda deyilir:

"SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.

© xezerxeber.az


626 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR