Qusarda oğul anasını qətlə yetirib

29.03.2020 12:05

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

Hadisə rayonun Xurel kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






375 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR