Sabahdan bəzi mağazalar bağlanacaq - VİDEO

28.03.2020 18:21

Sabahdan etibarən bütün iaşə obyektləri, geyim mağazalarının fəaliyyəti dayandırılacaq. Artıq bu gündən bir çox mağazalar bununla bağlı hərəkətə keçib.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək.

Mağaza satıcılarının sözlərinə görə, satışları onlayn şəkildə həyata keçirəcəklər. Bununla bağlı bütün hazırlıqlar görülüb.

Geyim mağazalarından fərqli olaraq parfümeriya satışı ilə məşğul olanlar onlayn satışa maraqlı deyillər. Bunun isə bir sıra səbəbləri var.

Bəzi mağazalar isə onlayn satışda nəqliyyat probleminin olacağını ehtimal edərək satışlarını ümumiyyətlə dayandırmaq istəyirlər.

Digər bir çıxış yolu isə alcıların daşınma xərcini öz üzərinə götürməsidir ki, belə olan halda məsafədən asılı olmayaraq istənilən malın çatdırılması mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






2512 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR