Azərbaycanın bütün şəhər və rayonlarına giriş-çıxış məhdudlaşdırılıb - VİDEO

27.03.2020 18:37

Kornovirus təhlükəsi ilə əlaqədar respublikanın bütün şəhər və rayonlarına giriş-çıxış məhdudlaşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarından etibarən Mingəçevir şəhərinin hər iki çıxışı polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb. Postlara yaxınlaşan sürücülər qeydiyyatda olduqları ünvan müəyyən edildikdən sonra onlara şəhərə giriş-çıxışın mümkün olub-olmadığı izah edilir.

Ötən gündən Şirvan şəhərinin giriş və çıxışı eləcə də, Sabirabad rayonun giriş hissəsində karantin postları qurularaq hərəkət məhdudlaşdırılıb.

Bərdə, Ağdam və Tərtər rayonlarının da giriş-çıxışında postlar qurulub. Qeydiyyatı olmayan sürücülər və sərnişinlər digər rayonlara buraxılmır. Avtomobillər polis əməkdaşları tərəfindən saxlanaraq yoxlanır.

Koronavirus pandemiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində cənub bölgəsindəki rayonların arasında da postlar qurulub.

Buradakı postlarda da vətəndaşların hansı rayonun sakini olduğu yoxlanır.

Məhdudiyyətin nə zaman aradan qaldığılacağı ilə bağlı əlavə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






585 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR