Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizətədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Xezerxeber.az-ın məlumatına görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərinəməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyənedilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlbedilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 gün müddətində hazırlayıb NazirlərKabinetinə təqdim emək tapşırılıb. Səhiyyə Nazirliyi və İcbari TibbiSığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının MaliyyəNazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll уtməlidirlər.
Qeyd edək ki, Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təminetmək məqsədilə bu qərarı qəbul edib.
© xezerxeber.azDİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Çavuşoğlu: Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik
Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışıb
Əksər küçə və prospektlərdə yağış barmaqlıqları yoxdur - VİDEO
Sərxoş sürücülərə qarşı cəzalar daha da sərtləşdirilir - VİDEO
İki ölkə arasında gərginliyə səbəb olacaq qərar - 16 vyetnamlı...
Çavuşoğlu: Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışıb
Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq
13 min kilometr yol qət edən göyərçin tələf ediləcək - VİDEO
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB