Karantində saxlanılan vətəndaşların bəziləri evlərinə buraxılıb - VİDEO

25.03.2020 19:24

Xarici ölkələrdən Azərbaycana qayıdarkən karantin altına alınan vətəndaşların bəziləri evlərinə buraxılıb.

Xezerxeber.az-ın məlumatına görə, evə buraxılanlardan biri İtaliyada yaşayan Azər Zadədir.

O deyir ki, bu günlər onun üçün oldquca rahat keçib.

Milanın "La Skala" Akademiyasında təhsil alan ilk azərbaycanlı opera ifaçısı, bir çox beynəlxalq müsabiqələrin qalibi olan Azər Zadə İtaliyada virusun geniş yayılmasından da danışıb.

O hesab edir ki, virusun cənginə aldığı Milan şəhərində təhlükəni ciddiyə almayıblar. Ona görə də virusun əhatə dairəsi genişlənib və ciddi problemlər yaranıb.

Azər Zadə deyir ki, Azərbaycan hökuməti vaxtında qabaqlayıcı tədbirlər görüb və vəziyyəti nəzarətdə saxlamaq mümkün olub.

Qeyd edək ki, sosial izolyasiya tədbirləri ilə əlaqədar xarici ölkələrdən gələn vətəndaşlar 14 gün karantin şəraitində saxlanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


472 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR