Türk qırıcılarından İRİMİQYASLI HÜCUM - Suriya ordusu və Rusiya bazası bombalanır - VİDEO

28.02.2020 10:02

İdlibdə türkiyəli hərbçilərin həlak olmasından sonra Türkiyə qırıcıları Suriya ordusuna qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

Bu barədə Türkiyənin "A haber” televiziyası məlumat yayıb. Qırıcıların Suriya istiqamətində uçduğuna dair videogörüntülər də yayılıb. İddialara görə, qırıcılar Suriya ordusunun Latakiyə, Həma, İdlib vilayətindəki bütün hədəflərinə zərbələr endirir. Bəzi mənbələr Rusiyanın Suriyadakı Hmeymin hərbi bazasının da silahlı qruplar tərəfindən şiddətli raket atəşinə tutulduğu barədə məlumatlar yayıb.

Qeyd edək ki, İdlibdə Suriya ordusunun hücumu nəticəsində azı 29 türkiyəli hərbçi həlak olub.

Publika.az

© xezerxeber.az


4344 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR