Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR: viza məhdudiyyəti...

27.02.2020 14:29

Türkiyə ilə Azərbaycan arasında vizasız gediş-gəliş müddəti 30-dan 90 günə qaldırılıb.

XəzərXəbər xəbər verir ki, bunu "Anadolu” agentliyinə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb.

"İki ölkə vətəndaşları qarşılıqlı olaraq 30 günə qədər turist kimi gedib-gəlirlər. Bu müddəti 90 günə qədər artırdıq. Məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyədə vətəndaşların şikayətlərinə səbəb olurdu. Bu problemlərin qarşısının alınması baxımından qərar faydalı olacaq və qarşılıqlı gediş-gəlişi asanlaşdıracaq”, - səfir bildirib.

25 fevralda Bakıda təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısında imzalanan sənədlər barəsində danışan Özoral Türkiyə və Azərbaycanın ticarətdə qarşılıqlı olaraq gömrük vergisi tətbiq etdiyini və bu durumun bəzi sektorlarda rəqabəti öldürdüyünü qeyd edib. "Güzəştli Ticarət Sazişi”nin bu problemin tezliklə həll olunması üçün imzalandığını vurğulayıb.

© xezerxeber.az


562 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR