İtkin düşən 3 məktəbli qız görün hardan tapıldı - Açıqlamaları ŞOKA SALDI - VİDEO

27.02.2020 09:30

Türkiyənin İsparta vilayətində 5 gün əvvəl itkin düşən 3 yeniyetmə qız tapılıb.

16 yaşlı qızlar İzmir şəhərində tapılıb. Məlumata görə, litseydə təhsil alan qızlar dərsdən çıxandan sonra itkin düşmüşdü. Qızların ailə üzvlərinin müraciətindən sonra polislər axtarışlar aparıblar.

Yeniyetmələrin yaxınları qızların tapılması üçün müxtəlif proqramlardan da çağırışlar ediblər. Məlum olub ki, qızlar evdən qaçmaq barədə hələ bir neçə həftə əvvəl plan qurublar. Bu məqsədlə qızlar pul yığıblar. Uzun müddətli axtarışlardan sonra qızlar İzmirdə kirayə qaldıqları evdən tapılıb.

Yeniyetmələr macəra yaşamaq məqsədiylə evdən qaçdıqlarını bildiriblər. Hadisə barədə araşdırmalar davam edir./publika.az

© xezerxeber.az


8844 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR