Koronavirus dəhşəti: Dünya ÇALXALANIR - SİYAHI AÇIQLANDI

24.02.2020 14:32

Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirus dünya miqyasında 79 mindən çox insana yoluxub.

"Kovid-19” epidemiyası Çinin materik hissəsində 2 min 592 nəfərin ölümünə səbəb olub.

İranda 12, Yaponiyada 4, cənubi Koreyada 7, İtaliyada 3, Tayvan, Filippin və Fransada 1 nəfər epidemiyadan dünyasını dəyişib.

Virusun yoluxduğu 77 min 150 nəfər Çindədir. Honkonqda 74, Makauda 10, Tayvanda 28 nəfər koronavirusdan əziyyət çəkir.

Dünya miqyasında koronavirusun yayıldığı ölkələrin siyahısı belədir:

Yaponiya 838, Cənubi Koreya 763, İtaliya 152, Sinqapur 89, İran 47, ABŞ 35, Tailand 35, Avstraliya 23, Malayziya 22, Vyetnam 16, Almaniya 16, İngiltərə 13, Birləşmiç Ərəb Əmirlikləri 13, Fransa 12, Kanada 10, Hindistan 3, Filippin 3, Küveyt 3, Rusiya 2, İspaniya 2, Nepal 1, Şri Lanka 1, Kamboca 1, Belçika 1, İsveç 1, Finlandiya 1, Misir 1, Livan 1, İsrail 1, Bəhreyn 1, Əfqanıstan 1.

publika.az

© xezerxeber.az


1359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR