İranda DƏHŞƏT: koronavirusdan ölənlərin sayı 50-ə çatdı

24.02.2020 14:18

İranda koronavirusdan 50 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin yarı rəsmi xəbər agentliyi İLNA məlumat yayıb.

Xəbərə görə, Qum şəhərində 50-dən çox insan epidemiya səbəbilə ölüb.

Rəsmi xəbərlərdə isə bu rəqəm 12-dir.

Qeyd edək ki, koronavirusun ortaya çıxdığı Çində 12 dekabrdan bəri ölümlərin sayı 2 min 619-a çatıb. 3 min 434 nəfərdə virusa yoluxma şübhəsi var. Müşahidədə saxlanılanların sayı 97 min 481 nəfərdir.

Bu günə qədər virusdan 24 min 724 nəfərin sağaldığı bildirilir./publika.az

© xezerxeber.az


1449 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR