Bloger koronavirusun əlacını “tapdı”: 3,2 milyard istəyir

19.02.2020 17:53

Məşhur küveytli bloger və ictimai fəal Salva əl-Matiri koronavirusa qarşı hazırladığı "müalicə metodu”na görə 3,2 milyard dollar tələb edib.

Bu məlumatı Matiri "Snapçat” sosial şəbəkəsində paylaşıb. O özünün hazırladığı müalicə metodunu Çinin Küveytdəki səfirliyinə gətirib.

"Mən Çin səfirliyi qarşısındayam ki, koronavirusun müalicə imkanları barədə qeydlərimi təqdim edim”, – deyə o paylaşıb.

Qeyd edək ki, Matiri bununla məşhur Çin aktyoru Ceki Çanın səsləndirdiyi təklifə reaksiya verib.

Bundan öncə Ceki Çan koronavirusa qarşı dərman tapana 143 min dollar mükafat verəcəyini söyləyib./axar.az

© xezerxeber.az


4355 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR