Prezidentdən QƏRAR: sentyabrdan xarici dildə dərslər QADAĞAN EDİLƏCƏK

19.02.2020 14:46

Fransada bütün xarici dillərdə tədris və mədəniyyət dərsləri ləğv olunacaq.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.

O bildirib ki, 2020-ci ilin sentyabr ayından etibarən Fransa miqyasında məktəblərdə xarici dil və mədəniyyət dərsləri keçirilməyəcək.

Son 2 ildə 15 məscid, 12 dərnək və 4 məktəbin bağlandığını xatırladan Fransa Prezidenti ölkədəki tədris mərkəzlərində 80 min şagirdə "ana dili və mədəniyyəti dərsləri” adı altında xarici dil dərslərinin verildiyini bildirib və ölkənin məktəblərində dövlətin nəzarəti təmin edə bilmədiyi dərslərin verilməsinin onu narahat etdiyini vurğulayıb.

İslam dinindən müxtəlif təxribatçı məqsədlər üçün istifadə olunduğunu dilə gətirən prezident müsəlmanlara qarşı bir planının olmadığını, lakin xüsusilə, məktəblərdə və məscidlərdəki xaricilərin müdaxilələri ilə mübarizə aparmalı olduqlarını bildirib.

Ölkədə islamçılarla mübarizə çərçivəsində 80 təlim mərkəzinin qurulacağını deyən Makron problemin fransız müsəlmanlar olmadığını vurğulayıb. O, radikallaşma ilə mübarizədə müəyən edilən 47 məhəllənin nəzarətdə saxlandığını qeyd edib.

© xezerxeber.az


644 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR