DÜNYA ŞOKDA: ölü sayı sürətlə artır, prezident yola çıxdı

27.01.2020 10:33

Çinin Vuhan şəhərində ortaya çıxan və epidemiyaya çevrilən "2019-nVoC” koronavirusu qurbanlarının sayı artıb.

Virusa yoluxan 80 nəfər dünyasını dəyişib.

Ümumilikdə, koronavirusdan əziyyət çəkən insanların sayı 2 min 744-ə çatıb. Onlardan 461-nin vəziyyəti ağırdır.

Çinin Tibet Muxtar Respublikasından başqa, bütün əyalətlərə və şəhərlərə yayılan epidemiya Honq Konqda 8, Makauda 5, Tayvanda 4 nəfərə keçib. Virusa yoluxma şübhəsinin olduğu insan sayı 5 min 794 nəfərdir. 30 min 453 nəfər isə xəstələrlə təmasda olduğu üçün müşahidəyə alınıb.

Vuhan və bir sıra şəhərdə ictimai nəqliyyatın işi dayandırılıb. 150 milyonluq Quanqdonq və Cianqşi əyalətlərində maska taxmaq məcburi edilib. Hubey əyalətində tibbi avadanlıqların çatışmazlığı var.

Ümumdünya Səhiyyə Təşkilatının Prezidenti Tedros Adanom vəziyyəti yerində öyrənmək üçün Pekinə gedib.

Qeyd edək ki, virusa yoluxan 51 nəfər müalicə olunaraq evə buraxılıb./publika.az

© xezerxeber.az


5603 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR