Azərbaycanda ağır yol qəzası - ÖLƏNLƏR VAR - VİDEO

26.01.2020 18:11

İsmayıllıda ağır yol qəzası baş verib. Mikroavtobusun maşınla toqquşması nəticəsində bir ailənin 3 üzvü ölüb. Maşından sağ çıxan isə azyaşlı oğlan olub. Mikroavtobusda olan sərnişinlərdən də 5 nəfər xəsarət alıb.

Qəzaya düşən avtomobildə ata, ana və övladı öldü, bir azyaşlı sag qaldı.

Bu gün İsmayıllıda Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparansərnişin mikroavtobusu qarşıdan gələn minik avtomobili ilə toqquşub. Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Minik avtomobili əzilərək yararsız hala düşüb.

Şəki sakinləri, minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb. Ailənin digər üzvü 11 yaşlı Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Qəza zanmanı mikroavtobusda olan sərnişinlərdən isə4-ü xəsarət alıb. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

© xezerxeber.az


575 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR