Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda it dişləyən 4-cü sinif şagirdi ölüb

25.01.2020 12:42

Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.

Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.

Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub. (Trend)

© xezerxeber.az


334 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR