Həkimlərin əmək haqları artırılır - QƏRAR VERİLDİ

23.01.2020 15:56

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ""Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.

Xezerxeber.az-ın məlumatına görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:

  • sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
  • sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
  • insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
  • ixtisas dərəcəsinə görə əlavə;
  • fasiləsiz əmək stajına görə əlavə;
  • gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
  • əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
  • işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.

Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq,sabit və ya xidmətə görə həvəsləndirici əlavəformasında verilir.

Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşınasabit həvəsləndirici əlavələrtətbiq edilir:

İxtisasın/vəzifənin adı

Həkimlərin əmək haqlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləği

Xidmətə görə həvəsləndirici əlavələr hesablanan həkimlərin çalışdığı şöbə (bölmə) müdirləri

100 manat

Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla)

200 manat

Provizor vəzifəsi üzrə çalışan həkimlər

260 manat

Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər

300 manat

Həkim-laborant ixtisası üzrə çalışan həkimlər

340 manat

Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər

"Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim

480 manat

Həkim-reanimatoloq ixtisası üzrə çalışan həkimlər

Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq

Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim

570 manat

*Bundan əlavə, bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir.

Bundan əlavə, həkim ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərəxidmətə görə həvəsləndirici əlavələrverilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

İxtisasın və ya vəzifənin adı

Yuxarı kəmiyyət həddi

İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği

Terapevtik və pediatrik ixtisaslar üzrə çalışan həkimlər

Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi:

20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması

Tətbiq edilən tarifin 7%-i həcmində

Fizioterapiya prosedurunu təyin edən həkim üçün iş günü həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 20%-i həcmində

Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi:

60 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim təqibinin aparılması

10 yatış günündən çox olmamaq şərtilə hər sığortaolunan üzrə 1-5 yatış günü ərzində hər gün üçün 2 manat, 6-10 yatış günü ərzində hər gün üçün 1 manat

Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər

Ambulator fəaliyyət üzrə hər həkim üçün iş günü həddi:

20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə (əməliyyata göndərilən sığorta olunan pasiyentlər istisna olmaqla) həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması

İxtisaslı həkim baxışına tətbiq edilən tarifin 7%-i həcmində

Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15%-i həcmində

Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 15%-i həcmində

Cərrahi ixtisaslar üzrə çalışan asistent həkimlər

Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi:

60 əməliyyatdan yuxarı olmamaq şərtilə sığortaolunana əməliyyatın həyata keçirilməsi

Tətbiq edilən tarifin 3%-i həcmində

Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi:

Sığorta olunan hesab edilməyən şəxslərin əməliyyatı zamanı hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 3%-i həcmində

Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər

Həkim fəaliyyəti üzrə hər anesteziyaya görə aparılmış əməliyyatlar üçün hədd:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 5%-i həcmində

Neonatologiya bölməsində çalışan həkimlər

Stasionar fəaliyyət üzrə həkim üçün yeni doğulana görə təqvim ayı həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 7%-i həcmində

Terapevtik və cərrahi ixtisaslar üzrə çalışan həkimlər

Sığorta olunan hesab edilməyən şəxslərə ixtisaslı həkim müayinəsi üçün iş günü həddi:

Hədd müəyyən edilmir

Tətbiq edilən tarifin 15%-i həcmində

Sığorta olunan hesab edilməyən şəxslərə cərrahi prosedur və əməliyyatlar üçün təqvim ayı həddi:

Hədd müəyyən edilmir

Tətbiq edilən tarifin 30%-i həcmində

Həkim-stomatoloq ixtisası üzrə çalışan həkimlər

Həkim üçün təqvim ayı həddi:

Hədd müəyyən edilmir

Tətbiq edilən tarifin 60%-i həcmində, lakin göstərilən xidmətə sərf olunan tibbi ləvazimat xərci çıxıldıqdan sonra

Struktur bölmə rəhbəri vəzifəsində çalışan həkimlər

Müvafiq tibbi xidmətlərin göstərilməsi nəticəsində verilən arayışlara (obliqat qrupların dövri tibbi müayinələri üzrə verilən arayışlar istisna olmaqla) və tibbi çıxarışlara görə hər həkim üçün təqvim ayı həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 5%-i həcmində

Ultrasəs müayinə üzrə çalışan həkimlər

Həkim üçün iş günü üzrə hədd:

22 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması

Tətbiq edilən tarifin 8%-i həcmində

EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər

Həkim üçün iş günü üzrə hədd:

10 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması

Tətbiq edilən tarifin 10%-i həcmində

MRT (Maqnit rezonans tomoqrafiya), müayinəsi üzrə çalışan həkimlər

Həkim üçün iş günü həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 8%-i həcmində

KT (Kompyuter tomoqrafiya) üzrə çalışan həkimlər

Həkim üçün iş günü həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 10%-i həcmində

Rentgen, Mamoqrafiya və Flüoqrafiya müayinəsi üzrə çalışan həkimlər

Həkim üçün iş günü həddi:

35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması

Tətbiq edilən tarifin

Rentgen və Mamoqrafiya müayinəsi üzrə 10%-i, Flüoqrafiya müayinəsi üzrə 14%-i həcmində

Həkim-kardioloq ixtisası üzrə çalışan həkimlər

EKQ (elektrokardioqramma) çəkilişləri üzrə rəyin verilməsinə görə həkim üçün iş günü həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 10%-i həcmində

Reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.

Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.

Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.

Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkimlərə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

Qayda ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

© xezerxeber.az

FOTOQALERIYA






2462 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR