Avstraliyada meşə yanğınlarının davam etməsi səbəbindən paytaxt Kanberrada hava limanı bağlanılıb.
Açıqlamada kəskin tüstünün təyyarələrin hərəkətinə mane olduğu bildirilib.
Kanberranın bəzi bölgələrində yaşayan sakinlərə yanğından qorunmaq üçün təhlükəsiz yerlərə köçmək xəbərdarlığı edilib.
Artıq yanğınların paytaxtdakı beynəlxalq hava limanına çatdığı deyilib.
Digər yandan, Yeni Cənubi Uels ştatında baş verən yanğında ABŞ-ın xilasedici heyətinin 3 üzvü həlak olub.
Yanğının qarşısının alınması üçün bölgəyə əlavə 1700 nəfər könüllülərdən ibarət heyət cəlb edilib.
Avstraliyada meşə yanğınları ötən ilin sentyabr ayında başlayıb. Qarşısı alına bilməyən fəlakət 30 yaxın insanın, 1 milyard heyvanın həyatına son qoyub. Yanğınların ölkə ərazisinin üçdə bir hissəsini əhatə etdiyi bildirilib./teleqraf
© xezerxeber.azDİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Çavuşoğlu: Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik
Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq
13 min kilometr yol qət edən göyərçin tələf ediləcək - VİDEO
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB