Hava kəskin dəyişir - Temperatur 6 dərəcə enəcək, qar yağacaq, güclü külək əsəcək - VİDEO

22.01.2020 20:29

Sabah Bakıda və Abşeron yarımadasında eləcədə rayonlarda havanın temperaturu xeyli aşağı düşəcək. Bakıda güclü küləklə yanaşı sulu qar yağacaq. Dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal edilir.

Bir müddətdir davam edən mülayim havadan sonra güclü külək əsəcək, sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.Nazirliyin Proqnozlar bürosunun şöbə rəisi Fərqanə Həsənovanın sözlərinə görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclüşimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq.

Rayonlarda da yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, sulu qar və qar yağacağı ehtimal edilir.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı da var.

© xezerxeber.az


1132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR