"Həyat yoldaşı ilə dalaşaraq evdən gedib" - Üç övladı ilə itkin düşən qadının qardaşından açıqlama

21.01.2020 12:29

Xızı rayonu ərazisində ana və üç övladının itkin düşməsinin təfərrüatı məlum olub.

Rayonun Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu yanvarın 17-də ailə üzvlərinin tikin düşməsi barədə polisə məlumat verib.

O bildirib ki, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızı uşaqları - doqquz yaşlı qızı Nurcanı, səkkiz yaşlı oğlu Nurlanı və bir yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxıb və bir daha geri qayıtmayıb.

Ə.İsayevanın qardaşı Həsrət Heydərov Oxu.Az-a bildirib ki, bacısı həyat yoldaşı ilə dalaşaraq evdən gedib.

"Ə.İsayeva üstündə heç bir sənəd götürməyib. Cəmi 60 manat pulla evdən gedib. Biz də bilmirik problemi nədir”, deyə H.Heydərov bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






598 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR