Məhkumlar həbsxanadan qaçdı - Gənc qızları HƏYƏCAN BÜRÜDÜ

20.01.2020 14:27

Paraqvayın Braziliya ilə sərhəddə yerləşən Pedro Xuan Kabalerro qəsəbəsindəki həbsxanadan 75 məhkum qaçıb.

BBC xəbər verir ki, məhkumların qaçmasında nəzarətçilərin də rolu olub. Onlardan bəziləri cinayətkarların təcridxanadan qaçmasına şərait yaradıb. Məlum olub ki, qaçan məhkumlar narkotik ticarəti ilə məşğul olan qruplaşmanın üzvləridir. Polisin məlumatına görə, onların arasında gənc qızlara qarşı zorakılıq və xüsusi amansızlıqla cinayətlər törətmiş təhlükəli cinayətkarlar da var.

Qəsəbədə polis gücləndirilmiş iş rejiminə keçib. Məhkumların axtarışları davam edir./publika.az

© xezerxeber.az


3036 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR