Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Müəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişikliklər edilir

18.01.2020 17:18

Növbəti tədris ili (2020-2021) üçün dövlət ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişikliklər edilir.

Xezerxeber.az-ın məlumatına görə, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq(cəmi-60 sual). İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

Qeyd edək ki, "Təhsil haqqında”qanuna edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından qaydalara sözügedən dəyişiklik edilib.

© xezerxeber.az

FOTOQALERIYA






545 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR