İran ən dəhşətli günlərini yaşayır - Vitse-prezidentdən şok etiraflar

17.01.2020 11:56

"İran 1979-cu ildəki inqilabdan bu yana ən çətin günlərini yaşayır”.

Bu sözləri İranın birinci vitse-prezidenti İsaq Cahangiri deyib.

İRNA-nın xəbərinə görə, vitse-prezident sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatının ildönümü münasibətilə Tehranda təşkil olunan anım mərasimində çıxış edib.

Cahangiri bildirib ki, Ukrayna təyyarəsinin Tehranda vurulmasının xalqda yol açdığı etibarsızlığı kompensasiya etmək lazımdır: "Heç vaxt şərtlər bu qədər çətinləşməyib. Xalqın etibarının azaldığı bir dövrdəyik. Güvən hissini bərpa etmək üçün məsuliyyət daşımalı və xətaları düzəltməliyik. Bütün məsələlər doğru şəkildə xalqa çatdırılmalıdır. Prokurorluq məsuliyyət daşıyan hər kəs haqqında lazımi addımları atmalı və nəticələri ictimaiyyətlə bölüşməlidir”.

Qeyd edək ki, Ukrayna təyyarəsinin Tehranda raketlə vurulması ölkədə etiraz aksiyalarının başlanmasına səbəb olub. Həmin aksiyalarda sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi də iştirak etmiş və polis tərəfindən saxlanılmışdı.

publika.az

© xezerxeber.az


1118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR