Pensiya artımları nə vaxt veriləcək? - RƏSMİ CAVAB

16.01.2020 15:50

Hər iki ayın artımını bir yerdə alacaqlar

Bu il yanvarın 1-dən bütün pensiyalar proqnoza uyğun olaraq indeksasiya ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Südafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.

O qeyd edib ki, yanvar ayında pensiyalar erkən ödənildiyinə görə bu ayın artımı pensiyaçılara fevral ayının ödənişi və artımı ilə birlikdə veriləcək:

"Ötən il ölkədə iki dəfə pensiyaların və minimum əməkhaqlarının artırılması səbəbindən 2020-ci il yanvarın 1-dən etibarən pensiyaların əlavə 15% artacağı gözlənilirdi. Bu il yanvarın 1-dən bütün pensiyalar proqnoza uyğun olaraq indeksasiya ediləcək. Qərar ümumi orta aylıq əməkhaqqı artımı təsdiq olunandan sonra verilir. Amma yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə fevralın sonunda hər iki ayın artımını alacaqlar”.

© xezerxeber.az


4477 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR