İrandan dünyanı şoka salan addım - HƏBS EDİLDİ - VİDEO

12.01.2020 10:40

İran polisi Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeri nəzarətə götürüb.

BBC xəbər verir ki, diplomat "radikal və dağıdıcı etirazları formalaşdırmaqda və nümayişçiləri təşviq etməkdə” ittiham edilib. Bildirilir ki, britaniyalı diplomat Tehranda Əmir Kəbir universitetinin qarşısında təşkil olunmuş təyyarə qəzasında ölən Ukrayna vətəndaşlarının anım mərasiminə qatılıb.

Mərasimdə etirazçılar İranın sərnişin təyyarəsini vurduğuna görə ali dini lider Ayətullah Əli Xameneyinin istefasını tələb ediblər. Şüarlar səsləndikdən bir neçə dəqiqə sonra Robert Maker həbs edilib. Lakin o bir neçə saat sonra sərbəst buraxılıb.

Diplomat izahat verməsi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Anar Türkeş

publika.az

© xezerxeber.az


6690 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR