Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub - AÇIQLAMA

14.12.2019 19:28

"3-cü mikrorayon bazarı"nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib”.

APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.

Hadisə yerinə 5 təcili yardım maşını cəlb olunub, xəsarət alan yoxdur.


© xezerxeber.az


463 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR