Bakıda ticarət mərkəzi yanır - VİDEO

10.12.2019 09:06

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Xezerxeber.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


© xezerxeber.az

FOTOQALERIYA






790 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR