İsmayıllı və Bərdədə ağır qəzalar - 3 ölü, 3 yaralı var - VİDEO

08.12.2019 18:25

İsmayıllıda avtomobil aşıb, nəticədə 1 nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda baş verib.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində Diyalı kənd sakini, 28 yaşlı Ramil Abışov hadisə yerində ölüb. 41 yaşlı Ramil Süleymanov, İsmayıllı rayon sakini, 37 yaşlı Mehman Süleymanov, Diyalı kənd sakini, 38 yaşlı İlkin İsmayıllov xəsarət alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzadan sonra xəstəxanada daha bir ölüm hadisəsi baş verib. Yaralılardan birinin qohumu qəzada oğlunun öldüyünü zənn edərək infarkt keçirib. Xəbəri qəfil eşidən və ürək xəstəsi olan Diyalı kənd sakini Rəhman Nuğayevin həyatını xilas etmək mümkün olmayıb. 

Bərdədə də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Yük maşını minik maşını ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü, 40 yaşlı Musviq Abdullayev hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






377 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR