Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Məşhur aktyorun izləyiciləri şoka salan VİDEOSU yayıldı

05.12.2019 10:38

Son günlərdə Türkiyə maqazin xəbərlərinin gündəmindən düşməyən aktyor Can Yaman, israilli qadınla yayılan videosu ilə pərəstişkarlarını şok edib.

Türkiyə mətbuatı xəbər verir ki, Can Yaman açıqlamaları və hərəkətləri ilə gündəmi sarsıtmağa davam edir.

Belə ki, "Erkenci Kuş” serialından sonra böyük populyarlıq qazanan aktyor sərxoş halda israilli xanıma "Mənə bir dodaq ver, dodaq ver” deyərək onu öpməyə çalışıb. Aktyorun bu kadrları sürətlə sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Can Yaman bu yaxınlarda İspaniyada qonaq olduğu televiziya proqramında izləyicisinin "Bu dünyadan olduğunu sübut edə bilərsən” sualına "Gəlin arxa otağa, sübut edim” deyə cavab vermişdi. Aktyorun bu sözləri sərt tənqid edilmişdi.

Bundan sonra aktyorun iştirak edəcəyi serialın başlama tarixi fevraldan 2020-ci ilə keçirilmişdi.

publika.az

© xezerxeber.az


711 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR