Xəzərdə suyun səviyyəsinin enməsi elektrik stansiyalarında problem yaradıb - VİDEO

20.11.2019 19:14

Xəzər dənizində suyun səviyyəsi hər keçən gün daha da düşür. Bu isə öz növbəsində bir çox problemlərin yaranmasına gətirib çıxarır.

Xezerxeber.az-ın məlumatına görə, suyun səviyyəsinin bu qədər enməsi bəzi elektrik stansiyalarının fəaliyyətinin dayanmasına da gətirib çıxara bilər.

Coğrafiya İnstitutunun araşdırmalarına görə, Xəzər dənizinin hazırda səviyyəsi 1,6 metrə qədər enib. Bu azalmanın hələ bir müddət də davam edəcəyi gözlənilir.

İnstitutun mütəxəssisi Əmir Əliyevin sözlərinə görə, enmənin kökündə bir çox amillər dayanır. Ən başlıca səbəb isə son vaxtlar yağıntıların az olması və Xəzər dənizini su ilə təmin edən çayların sululuq dərəcəsinin azalmasıdır.

Su resurslarının dəyişməsinə ən həssas reaksiya verən sahələr energetika, kənd təsərrüfatı və içməli su ilə təminatdır. Hesablamalar göstərir ki, iqlim dəyişmələri səbəbindən çayların suyu azaldıqda hidro-elektrik stansiyalarında elektrik enerjisinin istehsalı da 15-20 % azalır.

"Azərenerji" Açıq Səhimdar Cəmiyyətinin ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Teymur Abdullayevin sözlərinə görə, azalma artıq bir çox elektrik stansiyalarında problemlərin yaranmasına gətirib çıxarıb.

Digər elektrik stansiyalarında da bənzər hadisələr baş verib. Bunun üçün yerli və xarici mütəxəssislərlə birlikdə layihələr hazırlanıb, işlərə start verilib. Ümumilikdə, bu işlərin 1 il ərzində yekunlaşdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






306 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR