Təyyarələr haqqında BİLMƏDİYİMİZ 10 MƏLUMAT - GİZLİ OTAQLAR, "QARA ÜÇBUCAQ"...

19.11.2019 09:58

Təyyarələrlə bağlı maraqlı məlumatlar daim var.

XəzərXəbər təyyarələrdə diqqətimizi çəkən, amma çoxumuzun niyə mövcud olduğunu bilmədiyimiz ən maraqlı 10 detalı oxucularına təqdim edir.

1- Qanadlardakı qarmaqlar


Əksər təyyarələrdə təcili vəziyyətdə qanad üzərində gedən sərnişinlərin yıxılmaması üçün kəndir və şəkildə gördüyünüz qarmaq mövcuddur. Təhlükəsizlik ipi qarmağa bağlandıqdan sonra sərnişinlər asanlıqla evakuasiya edilə bilər.

2- Kokpitdəki balta


Bir çox ölkələrin qanunlarına görə, balta fövqəladə hal üçün istifadə olunan alətdir və şüşəli nəqliyyat vasitələrində mövcuddur. Fövqəladə hallar üçün balta pilotların kabinasında olur.

3- Pəncərələrdəki deşiklər


Təyyarə şüşəsi üç ayrı təbəqədən ibarətdir. Xarici şüşə təzyiqi tarazlayır, orta şüşə içəridə zədələnmənin qarşısını alır və çuxurlu daxili şüşə hava axınını idarə edir.

4- Köməkçi bölmələr


Təyyarəyə mindikdən sonra mühərriklər işə salınmazdan əvvəl gələn səsin mənbəyidir. Bu səs "APU" adlanan köməkçi qurğular tərəfindən çıxarılır. Mühərrikləri işə salmaq üçün istifadə olunur. Bundan əlavə, güc aqreqatı, texniki baxımın uyğun olmadığı yerlərdə zəif təchiz olunmuş terminallarda funksionallığı təmin edir.

5- Hava polisi


Fransa və ABŞ-da uçuşu, hava polisi müşayiət edir. Bu hava polisi istənilən terror hücumuna qarşı təyyarədə olur.

6- Ekipaj istirahət bölməsi


Bəzi təyyarələrdə gizli otaqlar var. Bu otaqlarda kabina heyəti uçuş zamanı dincələ bilər.

7- Təcili Çıxış Qapısı


Fövqəladə çıxış qapısındakı sükanlar, ani təşviş zamanı sərnişinlərin aşağı düşməsinin qarşısını almaq üçün nəzərdə tutulub.

8- Havalandırma sistemi


Təyyarədə nəfəs aldığınız havanın haradan gəldiyini düşünmüsünüzmü? Əslində, təyyarədəki hava, tavanda yerləşən kompressorlar vasitəsi ilə paylanır.

9- Kuper qulaqlığı


Den Kuper adlı bir təyyarə piratından sonra "Boeing" və "Airbus" Kuper qulaqlığını alətlər sırasına əlavə etdilər. Kuper qulaqlığı olan təyyarələrdə uçuş zamanı qapılar açılmır.

10- "Qara üçbucaq"


Bəzi təyyarələrdəki bu kiçik qara üçbucaqlar kapitanın uçuş vəziyyətini daha yaxşı qavraması üçün hazırlanmışdır. Çünki bu işarələr qanadların harada olduğunu göstərir./publika.az

© xezerxeber.az


655 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR