Polis oxla vuruldu – Gərginlik səngimir - VİDEO

18.11.2019 12:51

Honq Konqda 6 aydır davam edən kütləvi nümayişlər zamanı bir polis oxla vurulub.

Etirazçılar ötən günlərdə bir nəfəri də benzin tökərək yandırmışdı.

Oxla vurulan polisin vəziyyətinin ağır olduğu, xəstəxanaya aparıldığı bildirilib.

Nümayişlər Çin hakimiyyətindən müstəqillik tələbi ilə keçirilir.

Honq Konq vaxtilə Böyük Britaniyanın koloniyası olub. Etirazlar da Honq Konq üzərində suverenliyin Britaniyadan Çinə ötürülməsinin ildönümü ilə bağlı keçirilən mərasimlərdən başlayıb./teleqraf

© xezerxeber.az


2879 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR