"Beşinci nəsil Su-57 tipli qırıcı təyyarələr Rusiya Silahlı Qüvvələrinin arsenalına yetəri sayda daxil edilənə qədər Türkiyəyə satılmayacaq".
Bunu Rusiya federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) sədri Dmitri Şuqayev deyib.
"İnterfaks"a danışan sədr bildirib ki, Türkiyə maraqlanarsa, ona qırıcıların Su-35 variantı təklif edilə bilər. Həmçinin, rəsmi Moskva Türkiyəyə özünün dördüncü və beşinci nəsil təyyarələrinin təkmilləşdirilməsində yardım etməyi planlaşdırır: "Bu tip əməkdaşlıq bütün qırıcı təyyarələr üçün mümkün ola bilər. Amma Rusiya ilə Türkiyə arasında yeni ortaq qırıcı təyyarə istehsalına dair görüşlərin başlandığını söyləmək üçün hələ tezdir".
Rusiya prezidenti Vladimir Putin may ayında verdiyi açıqlamada Müdafiə Nazirliyinin orduya 2028-ci ilə qədər 76 ədəd Su-57 təyyarəsi tədarük edəcəyini bildirmişdi.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 avqustda rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə Su-57 qırıcı təyyarələrinə baxış keçirmişdi. Bu səfər Ankaranın F-35 qırıcılarının alternativi kimi dəyərləndirilən təyyarələri ala biləcəyi istiqamətində mesaj kimi şərh olunmuşdu. Çünki ABŞ Türkiyəni istehsalçı qismində iştirak etdiyi F-35 proqramından çıxarıb./publika.az
© xezerxeber.azHəkimlər ürəyi altı saat dayanan qadının həyatını xilas ediblər
Həkimlər ürəyi altı saat dayanan qadının həyatını xilas ediblər
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
Azərbaycanın bütün ərazisində ağacəkmə aksiyaları keçirilib - VİDEO
20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm" - VİDEO
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda toyda inanılmaz hadisə - Bəy təcili xəstəxanaya çatdırıldı
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər