Bakıda binaların istiliklə təminatında problem yaşanıb - VİDEO

16.11.2019 18:49

Payız-qış mövsümündə binaların istilik sistemi ilə təchizi noyabrın 15-də başlasa da, paytaxtın bir çox binalarına istilik verilməyib.

Xezerxeber.az-ın məlumatına görə, istiliklə bağlı problem demək olar ki, paytaxtın əksər rayonlarında yaşanıb.

Suraxanı rayonun bəzi əraziləri də istilik verilməyən ərazilərdəndir.

Bundan başqa, Xətai rayonunda da bəzi binalarda istiliyin verilməsində problem yaşanıb. Sakinlər mənzillərə istiliyin verilmədiyini bildirib.

Oxşar hal paytaxtın Yasamal və Nəsimi rayonlarında da var.

Məsələ ilə bağlı "Azəristiliktəchizat"ın abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev "Xəzər Xəbər"ə bildirib ki, "Azəriqaz" onların qazanxanalarına qaz vermədiyi üçün binaları istiliklə təmin etmək mümkün olmayıb.

"Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə "Xəzər Xəbər"ə deyib ki, "Azəristiliktəchizat"ın "Azəriqaz"a 29 milyon manatdan çox borcu var. Buna görə də qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, bütün idarələrə qazın bərpası ilə bağlı tapşırıq verilib.

Qeyd edək ki, binalara istiliyin veirlməsi noyabrın ayının 15-dən başlamalı, aprel ayının 15-də isə dayandırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






346 dəfə oxunub

XƏBƏRLƏR

07.12.2019 16:26

MSK iclas keçirdi

ÇOX OXUNANLAR