Saxta yollarla siyasi sığınacaq üçün Avropa ölkələrinə üz tutanlar geri qaytarılır.
Xezerxeber.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu barədə jurnalistlərə açıqlama verib.
Bu həftə Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb. Bundan sonra isə 61 azərbaycanlı ölkədən deportasiya olunub. Saxta yollarla miqrant kimi Avropaya köçən azərbaycanlılara qarşı araşdırmalar davam etdirilir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrantlarla bağlı xarici ölkələrdən mütəmadi sorğuların gəldiyini bildirib.Onun sözlərinə görə, saxta yolla siyasi sığınacaq alan vətəndaşların da yaşadıqları ölkələrədən geri göndərilməsi nəzərdə tutulur.
Dövlət Miqrasiya Xidmətinin rəisi xatırladıb ki, 2014 cü ildən Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında saziş imzalanıb. Məhz bu sazişdən irəli gələn tələblər çərçivəsində saxta yolla özünə siyasi sığınacaq alan bütün vətəndaşlar barəsində araşdırma aparılır və onlar mütləq qaydada geri göndəriləcək.
Qeyd edək ki, Almaniyada miqrantlarla bağlı araşdırma azərbaycanlıların bu ölkədə saxta sənədlərlə sığınacaq alması və siyasətçilərin bu prosesdə əsas vasitə olması barədə yayılan iddialardan sonra baş verib. Saxlanılan şübhəlilərdən ikisi həbs olunub. İddialara görə, onlar xarici vətəndaşların qeyri-qanuni miqrasiyası, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
TANAP Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıyır - VİDEO
TANAP Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıyır - VİDEO
Ən məşhur məktəblidən etiraf: İqlim böhranına məhəl qoymurlar
Qəza anında qadının reaksiyası hər kəsi təəccübləndirdi - VİDEO
20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm" - VİDEO
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda toyda inanılmaz hadisə - Bəy təcili xəstəxanaya çatdırıldı
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər