Oğru tapılsa da, avtomobil qaytarılmadı - VİDEO

16.11.2019 19:14

Abşeronda avtomobili oğurlanan şəxs çıxılmaz vəziyyətdə qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayon sakini Ətraf İmanovun avtomobili bu ilin fevral ayının 8-də yaşadığı Xırdalan şəhəri məhəllə 28 ünvanından oğurlanıb. Bir müddət sonra oğru tapılsa da, avtomobil hissələrə ayrıldığından sahibinə qaytarılmayıb.

Vətəndaş deyir ki, oğru həbs edilən zaman onun yaxınları dəymiş ziyanı ödəyəcəklərini bildiriblər. Lakin bir müddət keçdikdən sonra isə onlar dəyən zərəri qaytarmaqdan boyun qaçırıblar. Ona görə də Ətraf İmanov aylarladır ki, avtomobilsiz qalıb.O, eyni markalı avtomobili və ya dəyən ziyanın ödənməsini tələb edir.

Hüquqşünas Xəyal Bəşirov bildirib ki, vətəndaş qanun çərçivəsində ona dəyən ziyanı tam tələb edə bilər.

Hüquqşünas qeyd edib ki, əgər təqsirlənidirilən şəxs dəyən ziyanı tam ödəyərsə onun cəzasında da yüngülləşdimə edilə bilər. Əks halda dəyən ziyan ödənilənə qədər qarşı tərəfin hüquqları tam təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






291 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR