Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE

12.11.2019 12:44

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla İlqar Abbasov Şirvan şəhərinin icra başçısı təyin edilib.

XəzərXəbər xəbər verir ki, İ.Abbasov daha əvvəl Suraxanı rayonuna başçılıq edib. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib. Bundan əvvəl İ.N.Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

© xezerxeber.az


912 dəfə oxunub

XƏBƏRLƏR

13.12.2019 16:33

Neymarı istəyən 6 klub

ÇOX OXUNANLAR