ABŞ prezident Donald Trampın imppiçment məsələsində açar rol alan agentin vəkili Mark Zaiddən danışır."Fox News” kanalı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə dair yazdığı məktubla Donald Trampa qarşı impiçment işinin kibritini yandıran və şəxsiyyəti gizli saxlanılan agenti müdafiə edən vəkil Mark Zaidi gündəmə gətirib.
Zaidin 2017-ci ilin yanvar ayında Trampın Ədliyyə Nazirliyində işləyən Selli Yatesi vəzifəsindən kənarlaşdırılmasından dərhal sonra tvitterdə "çevriliş başladı. Bir çox addımdan ilki bu oldu. Üsyan və Trampın impiçmenti bunu izləyəcək” ifadələri xatırlanıb.
Donald Tramp isə Ukrayna məsələsinə görə başladılan impiçment mübahisələrini dövlət çevrilişi şəklində şərg etmiş və "dövlət çevrilişini dayandırın”(#StoptheCoup) etiketini tvitter hesabından paylaşmışdı.
2017-ci ildə seriyalı paylaşımlar
2017-ci ilin may ayında "Conson(1868), Nikson (1973), Klinton (1998) impiçmentləri. Növbəti Tramp (2017) olacaq” tvitini yazan Zaid iyun ayında yenə eyni yerdə "Bundan 45 il sonra Trampın impiçmenti ilə bağlı hekayələri xatırlayacağıq. Mən o zaman qocalmış olacam. Amma gözləməyə dəyər” mesajını yazıb.
Həmçinin, impiçment məsələsində CNN kanalının böyük rolu olacağını qeyd edib.
İmpiçment davam edərkən Zaidin ən diqqətçəkən tviti 6 noyabrda yazılıb: "Ondan (Trampdan) xilas olacağıq. Bu ölkə Tramp və dəstəkçilərinə rəğmən həyatda qala biləcək qədər güclüdür”.
Qeyd edək ki, Donald Tramp 2020 prezident seçkilərindəki rəqibi Co Baydenin oğlunun Ukraynada keçən həyatını araşdırmaq üçün Vladimir Zelenskiyə tapşırıq vermək və təzyiq göstərməkdə ittiham olunur./publika.az
© xezerxeber.azQara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib
ABŞ-da koronavirusa qarşı peyvənddən sonra ölənlərin sayı açıqlanıb
Pomidor idxalına qoyulan qadağa böyük maliyyə itkisi yaradıb - VİDEO
Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib
ABŞ-da koronavirusa qarşı peyvənddən sonra ölənlərin sayı açıqlanıb
Bir həftədə Azərbaycanda COVID-19-a yoluxma sayı iki dəfə azalıb
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir - FOTO
Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqları keçirilib
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB