Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Avtomobillərdə pərdə və plyonka qadağası ləğv edilir? - AÇIQLAMA - VİDEO

08.11.2019 19:52

Bir həftədən sonra avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatacaq.

Xezerxeber.az-ın məlumatına görə, son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir. Çünki ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər. Bəs noyabrn 15-dən sonra həmin plyonkalar söküləcəkmi?

Sürücücülər təklif edirlər ki, pərdə və plyonkadan istifadə qadağası ləğv edilsin.

Elə millət vəkili Çingiz Qənizadə də avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib. Deputat deyib ki, keçmiş Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi müvafiq qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.

Millət vəkili deyib ki, digər ölkələrdə də bu məsələ sürücünün öz öhdəliyinə buraxılıb. Əgər bu, yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı, öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.

Çingiz Qənizadə bildirib ki, məsələ yaxın günlərdə komitə iclasında müzakirə ediləcək.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev isə bildirib ki, qanun hazırda qüvvədədir. Sürücülərin cərimələnib-cərimələnməməsi məsələsi gələn həftə müəyyən ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1387 dəfə oxunub

ÇOX OXUNANLAR