Canlı heyvan, ilan və böcək yeyən məşhur aparıcının yalanı ortaya çıxdı: hər kəsi belə aldadıb - VİDEO

04.11.2019 11:11

"İnanılmaz qurtuluş” verilişi ilə vəhşi təbitədə, ekstrimal vəziyyətlərdə, vəhşi heyvanlara mübarizədə sağ çıxmağı öyrədən Ber Qrills adlı məşhur aparıcının yalanı ortaya çıxıb.

Əslində, aparıcınıntənha, təhlükəli, hər kəsin bacara bilməyəcəyi kimi təqdim etdiyi yerlər və hadisələr reallığı əks etdirmir.

Belə ki, verilişin kameraarxası görüntüləri ortaya çıxıb və məlum olub ki, aparıcı bir çox hallarda hadisələri şişirib və həddən artıq həyəcan qatıb.

Məsələn, tənha, adamsız kimi təqdim etdiyi bu yer, əslində, o qədər də tənha deyil. Uzaqdan avtomobillər görünür.

Sosial mediada yayılan iddiaya görə, Qrills sadəcə kamera qarşısına keçərkən qəribə yeməklər, canlı heyvan və onların orqanlarını yeyir. Kənarda isə komandası ilə yemək ziyafəti edir. Getdiyi yerlərdə çadırda gecəllədiyi görülən aparıcı kameralar söndükdən sonra hotelə yol düşür./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






3760 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR