ABŞ bombardmançısı Rusiya bazasının üzərində hərəkətə keçdi - GƏRGİNLİK

04.11.2019 10:21

Rusiyanın Suriyadakı Hmeymim Hərbi Hava Bazası yaxınlığında ABŞ-a aid B-52 strateji bombardman təyyarəsi görülüb.

Bu barədə "Avia.pro” adlı xəbər saytı informasiya yayıb.

Təyyarə Yunanıstanın cənubundan keçərək bazanın yerləşdiyi Ləzkiyə bölgəsinə doğru uçub. Daha sonra yoluna davam edib.

B-52-nin istiqamətinin tam olaraq müəyyən edilmədiyi, güman ki, Livana tərəf uçduğu ifadə olunub. ABŞ təyyarəsinin rus bazasına yaxınlaşması isə xüsusi diqqət çəkib. ABŞ-ın bununla Rusiyaya göz dağı verə biləcəyi ehtimalı var. Hmeymim S-400 müdafiə raketləri ilə qorunmur. Bu sistemlərin radarlarının bağlı olduğu iddia edilir.

Daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə aid B-2H Stratofortress strateji bombardman təyyarəsinin Kalininqraddakı Rusiya Baltik Donanmasına bombardman simulyasiyası etdiyi deyilmişdi./publika.az

© xezerxeber.az


1380 dəfə oxunub

XƏBƏRLƏR

08.12.2019 14:02

Yevda Abramov dəfn olunub

ÇOX OXUNANLAR