Bakıda su borusu partlayıb, mağaza sahibinə 30 min manat ziyan dəyib - VİDEO

23.10.2019 19:31

Bakıda 200 diametrlik kollektorda yaranan nasazlıq səbəbindən su borusu partlayıb. Nəticədə ətrafı və yaxınlıqda olan bir mağazanı su basıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi 7 a ünvanında baş verib.

Suyun təzyiqi yüksək olduğundan su birbaşa yaxınlıqda olan geyim mağazasının içərisinə dolub. Mağazanın nümayəndəsi Afət Quliyeva deyir ki, suyun içəri dolması nəticəsində mağazada olan paltarların bir hissəsi sıradan çıxıb. Afət Quliyeva iddia edir ki, mağazaya 30 min manat miqdarında ziyan dəyib.

Hadisə yerinə Yasamal rayon Sukanal idarəsinin əməkdaşları cəlb olunublar. Suyun qarşısı alınaraq borunun bərpası işləri görülüb.

''Azərsu'' Açıq Səhimdar Cəmiyyətindən ''Xəzər Xəbər''ə bildirildi ki, mağaza sahibi sığorta şirkətinə müraciət edərək dəymiş ziyanı onlardan tələb edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






772 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR