Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Təqaüdçülərə ŞAD XƏBƏR – Gələn ildən pensiyalar xeyli artacaq - VİDEO

18.10.2019 19:58

"Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır". Bunu Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham əliyevin yanında iqtisadi müşavirədə deyib. Artımı şərh edən Dövlət Sosial Müdafiə Fondunun icraçı direktoru Eyvaz İsmayılov bu artımların indeksləşmə hesabına baş verdiyini bildirir. Beləki ölkəmizdə orta aylıq əmək haqqı artdıqca pensiya məbləği də artır.

Artımın dəqiq nə qədər olacağı isə Dövlət Statistika Komitsəsinin növbəti ilin əvvəli açıqlayacağı rəqəmlərdən aslı olacaq. Bundan başqa nazirlikdə aparılan optimallaşdırma işləri və əsassız təyin edilən pensiyaların ləğvi nəticəsində cari ilin 9 ayında 99 milyon manat qənaət edilib ki, bu məbləğ də pensiyaların davamlı artımına yöndəldiləcək.

Eyni zamanda Azərbaycanda sosial müdafiənin gücləndirilməsi üçün atılan addımlarla ölkəmiz bir çox göstəricilərə görə MDB-də ilk sırada qərarlaşıb.

Eyni zamanda ölkə başçısının tapşırığına əsasən növbəti ilin büdcəsi hazırlanarkən də sosial ayırmaların artımına xüsusi diqqət yetiriləcək.

© xezerxeber.az


1598 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR