Tramvay sürücüsünün başı telefona qarışdı, 100 milyon dollarlıq qəzaya səbəb oldu - VİDEO

18.10.2019 15:54

Rusiyanın paytaxtı Moskvada hərəkətdə olan tramvayın sürücüsü sükan arxasında telefon istifadə edərkən qəzaya səbəb olub.

İHA xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Tramvayın qadın sürücüsü telefonda mesaj yazarkən qarşıdakı tramvayı gec görqüb. O, əlindəki telefonu qoyaraq həyəcanla tramvayı dayandırmaq istəsə də buna nail olmayıb. Baş verən qəzada sürücü daxil olmaqla 6 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar olaraq Moskva Bələdiyyəsindən bildirilib ki, qəzada tramvayların ikisinin ümumi dəyəri 100 milyon dollardır.

Məlumata görə, qəzaya səbəb olan sürücü işdən çıxarılacaq.

BAKU.WS

© xezerxeber.az


656 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR